COP29

"Bu cür gözləmirdik”

18 Noyabr 2023 03:00 Basketbol 506
"Bu cür gözləmirdik”

“Sabah”ın basketbol komandasının məşqçisi Nikola Bojinovski FİBA Avropa Kubokunun qrup mərhələsində “Baxçaşəhər”ə (Türkiyə) qarşı keçirdikləri səfər oyununu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, 80:99 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:

“Güclü rəqibə qarşı mübarizə aparacağımızı bilirdik. Lakin ilk hissədə oyunun bu cür keçəcəyini gözləmirdik.

Fasilədən sonra daha yaxşı təsir bağışladıq. Müdafiədə diqqətli oynadıq. İkinci hissədə xarakter göstərdik və hesab arasındakı fərqi azaltdıq.

FIBA Avropa Kubokunda azarkeşlərimiz önündə keçirəcəyimiz son oyunda yaxşı çıxış etmək üçün əlimizdən gələni edəcəyik.

Lakin “Nimburk” da lider “Baxçaşəhər”lə bərabər ən yaxşı qrup ikincisi kimi növbəti mərhələyə yüksəlməyi qarşısına məqsəd qoyub. Bu baxımdan çətin oyun olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?