
Basketbol üzrə Azərbaycan Kubokunun sonuncu qrup oyunları baş tutub və yarımfinalçılar müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, Sərhədçi İdman Mərkəzində keçirilən matçlarda iki qrupda ümumilikdə 4 görüş keçirilib.
A qrupunda “Sabah” “AAAF Xırdalan”la qarşılaşıb. Görüş ikincilərin 85:82 hesablı qələbəsi ilə yekunlaşıb.
“Sabah”ın heyətində Kamran Məmmədov 14 xal, 6 ribaund, “AAAF Xırdalan”da isə Devin Pullum 25 xal, 7 assistlə fərqlənən basketbolçular olublar.
Qrupun digər matçında “Sərhədçi” – “Gəncə”dən üstün olub – 80:75.
“Sərhədçi”nin heyətində Trevor Blekmon (16 xal, 1 ribaund), “Gəncə”də isə Əkbər Məmmədov (20 xal, 25 ribaund) ən məhsuldar oyunçular olublar.
Bu nəticələrdən sonra A qrupunda “Gəncə” və “AAAF Xırdalan” qrupu hərəyə 5 xalla tamamlayıblar. “Gəncə” birinci, “AAAF Xırdalan” isə ikinci yerlə yarımfinala yüksəlib.
B qrupunda NTD “Zirvə Astara”nı çətinliklə məğlub edib - 104:103.
Görüşün ən məhsuldar basketbolçuları NTD-də Londel Kinq (19 xal, 15 ribaund), “Zirvə Astara”da isə Ruşard Kruikşenk (51 xal, 9 ribaund) olublar.
B qrupunun digər qarşılaşmasında “Neftçi” – “Olimpik Şəki”yə şans verməyib - 100:74.
Matçın ən məhsuldar basketbolçuları kimi “Neftçi”də Zaur Quşanov (19 xal, 3 assist), “Olimpik Şəki”də Larri Robinson (24 xal, 7 assist) fərqləniblər.
B qrupunda hər üç oyununda qalib gələn NTD 6 xalla birinci, “Neftçi” isə 5 xala ikinci yeri tutub. Bu komandalar da yarımfinalda mübarizəni davam etdirəcəklər.
“Gəncə” – “Neftçi” və NTD – “AAAF Xırdalan” yarımfinal matçları martın 25-də baş tutacaq.