Nazirin prezidenti olduğu federasiya da dəyişiklik edəcək

15 May 2022 01:20 Basketbol 435
Nazirin prezidenti olduğu federasiya da dəyişiklik edəcək

Daha bir idman federasiyası loqosunu dəyişəcək.

Sportinfo.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayevin rəhbəri olduğu Azərbaycan Basketbol Federasiyası loqo dəyişikliyinə ehtiyac duyub.

Bunun üçün mayın 17-də federasiya yeni loqonun və vebsaytın təqdimatını edəcək. Həmçinin, həmin tədbirdə milli komandanın yeni formaları təqdim olunacaq.

“Yeni Nəfəs. Yeni Başlanğıc” adlı tədbirdə Basketbol Federasiyasının son beş ay ərzində gördüyü işlər, eyni zamanda görülməkdə olan və görülməsi nəzərdə tutulan mühüm layihələr haqqında ictimaiyyətə məlumat veriləcək.

Daha əvvəl Gənclər və İdman Nazirliyi başda olmaqla, Cüdo Federasiyası, Kanoe və Avarçəkmə Federasiyası, Kikboksinq Federasiyası və Velosiped Federasiyası loqolarını bu il dəyişiblər (oxu.az).

Digər Xəbərlər
Xəbər Lenti