Azərbaycan Avropa çempionatına vəsiqə uğrunda qüvvəsini sınayacaq

22 İyun 2021 01:10 Basketbol 1 239
Azərbaycan Avropa çempionatına vəsiqə uğrunda qüvvəsini sınayacaq

Azərbaycanın 3X3 basketbol millisi Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.

Sportinffo.az xəbər verir ki, İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək turnir iyunun 25-də start götürəcək.

İki gün davam edəcək seçmə mərhələ oyunlarında 16 komanda Avropa çempionatına vəsiqə uğrunda qüvvəsini sınayacaq. Sonda 4 kollektiv həlledici raunda yüksələcək.

İsraildəki seçmə mərhələdə Azərbaycanla yanaşı, meydan sahibləri, Polşa, Çexiya, İsveçrə, İspaniya, Almaniya, Avstriya, Belçika, Türkiyə, Portuqaliya, Xorvatiya, Yunanıstan, Andorra və Monteneqro yığmaları mübarizə aparacaq.

Avropanın digər 16 yığması isə 26 - 27 iyunda Rumıniyadakı seçmə mərhələdə iştirak edəcək.

Avropa çempionatı bu il 10 - 12 sentyabrda Fransanın paytaxtı Parisdə təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!