UEFA-dan Azərbaycan klublarını qorxudan məktub gəldi – SON DƏQİQƏ!

7 Avqust 2020 12:58 Azərbaycan Futbolu 2 213
UEFA-dan Azərbaycan klublarını qorxudan məktub gəldi – SON DƏQİQƏ!

Çempionlar Liqası və Avropa Liqasında 2020/21 mövsümünün təsnifat və qrup mərhələsinin püşkatma vaxtları müəyyənləşib.

UEFA ilk püşk tarixi kimi avqustun 9-nu seçib.

Həmin gün Çempionlar Liqasında I seçmə mərhələsinin püşkü atılacaq və Azərbaycan çempionu “Qarabağ”ın rəqibi müəyyənləşəcək.

Ertəsi gün isə Avropa Liqasında I seçmə mərhələnin püşkatma mərasimi təşkil olunacaq, “Neftçi”, “Keşlə” və “Sumqayıt” rəqiblərini tanıyacaq.

Çempionlar Liqasının püşkatmaları:
I seçmə mərhələ - 9 avqust
II seçmə mərhələ - 10 avqust
III seçmə mərhələ - 31 avqust
Pley-off mərhələsi - 1 sentyabr
Qup mərhələsi - 1 oktyabr

Avropa Liqasının püşkatmaları:
I seçmə mərhələ - 10 avqust
II seçmə mərhələ - 31 avqust
III seçmə mərhələ - 1 sentyabr
Play-off mərhələsi - 18 sentyabr
Qrup mərhələsi - 2 oktyabr

UEFA püşkatmaya hazırlıqla bağlı AFFA-ya məktub göndərib. Məktub xəbərdarlıq xzrakteri daşıyır. Belə ki, Avropa futbol təşkilatı Azərbaycanda davam edən sərt rejimli karantinin müddətinin uzadıılmasıından narahatdır.

UEFA bildirib ki, AFFA püşkatmaya 2 gün qalmıışadək (bu gün son tarixdir), bununla bağlı onlara məlumat verməlidir.

Söhbət ondan gedir ki, UEFA oyunların keçiriləcəyi 27-29 avqust tarixlərində karantin rejiminin ləğv olunub-olunmayacağını, yaxud yumşaldılıb-yumşaldılmayacağını indidən dəqiqləşdirmək istəyir.

İşdir, bu hal baş verməsə, Azərbaycanın 4 klubu rəqibdən asılı olmayaraq, səfərdə meydana çıxacaq. UEFA-nın bu xəbərdarlığı məntiqəuyğundur. Çünki AFFA ölkədaxili yarışlara vaxtından əvvəl yekun vurub.

Premyer Liqa və kubok oyunlarının bərpası bir neçə dəfə planlaşdırılsa da, sonda İcraiyyə Komitəsi bu qərarıın üzərində dayanmayıb. İndi isə UEFA Bakı da daxil olmaqla, respublikamızın 12 şəhəir və rayonunda karantin rejiminin qalmasından, daha dəqiqi, «qırmızı zona» elan edilməsindən qayğılanıb.

Bildirişə görə, AFFA bu gün göndərəcəyi məktubda ayın sonunadək karantinin ləğvinə və ya yaxud yumşaldılmasına dair təminat versə, «Qarabağ», «Neftçi», «Keşlə» və «Sumqayıt» nisbətən rahat nəfəs alacaq.

Belədə püşk zamanı Bakıya düşən oyunlar avtomatik olaraq səfərlə əvəzlənməyəcək.

Xəbərdarlığa görə, püşkdən sonra karantin rejimi yenidən sərtləşdirilsə, onda klublarımıza 0:3 hesablı texniki məğlubiyyət veriləcək, AFFA külli miqdarda cərimələnəcək, hətta ola bilsin, Azərbaycan futboluna müəyyən sanksiyalar tətbiq olunsun.

Güman ki, AFFA vəziyyətdən çıxıış yolu tapacaq. Belə deyək, UEFA-ya zəmanət verəcək ki, oyunları Bakıya salmaq mümkündür.

Hər halda federasiya ilə Nazirlər Kabineti yanında Operativ Qərargah arasında günlərdir danışıqlar gedir və şifahi razlıq alınıb. UEFA-ya dövlət qurumlarının razılığı lazımdır, özü də rəsmi sənəd şəklində.

Görünür, AFFA bu prosesi sakit, mətbuatda geniş müzakirə olunmadan həll etmək marağıındadır. İctimaiyyətin diqqətini sırf bu məsələyə çəkməmək üçün.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı