"Sabah" başladı - FOTOLAR

6 Dekabr 2019 17:30 Azərbaycan Futbolu 1 033
"Sabah" başladı - FOTOLAR

“Sabah” Futbol Akademiyası bölgələrdə seçimlərə başlayıb. Sportinfo.az xəbər verir ki, ilk səfər Aran bölgəsinə olub.

Akademiyanın məşqçiləri noyabrın 27-də Salyan, 28-də İmişli, 29-da isə Saatlı rayonlarında seleksiya xarakterli məşqlər keçiblər.

Seçimlər 2001-2006-cı il təvəllüdlülər arasında baş tutub. Seleksiya xarakterli məşqlərdə fərqlənənlər qarşıdakı günlərdə Bakıda baş tutacaq növbəti seçimlərdə iştirak edəcəklər. Məşqlərdə fərqlənənlərə akademiyanın titul sponsoru “Maxi.az” tərəfindən müxtəlif hədiyyələr verilib.

“Sabah” FK-nın bölgələrdə futbolçu seçimi qarşıdakı aylarda davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti