"Azərbaycanda çempionatın səviyyəsi çox aşağıdır" - MİLİNKO PANTİÇ

11 Noyabr 2019 13:12 Azərbaycan Futbolu 739
"Azərbaycanda çempionatın səviyyəsi çox aşağıdır" - MİLİNKO PANTİÇ

"Bakı"nın sabiq baş məşqçisi Milinko Pantiç Azərbaycan çempionatı haqqında danışıb. Sportinfo.az "İzvestiya"ya istinadən xəbər verir ki, serbiyalı mütəxəssis Premyer Liqamızın zəif olduğunu deyib:

"Orda çempionatın səviyyəsi çox aşağıdır. Mən o vaxt işləyəndə yüksək liqada 10 komanda var idi. İndi isə cəmi 8 klub qalıb ki, bu da çox azdır. O dövrdə güclü legionerlər oynayırdı, indi demək olar heç biri qalmayıb. Həm də çempionatda rəqabət yoxdur. "Qarabağ" digərlərindən bir neçə dəfə güclüdür. Mövsümün əvvəlində artıq inamlı şəkildə demək olar ki, "Qarabağ" çempion olacaq. Rəqabət olmayanda inkişaf da getmir. Hətta "Neftçi" belə liderin qarşısını ala bilmir".

53 yaşlı serb 2013/2014-cü illər mövsümündə Azərbaycanda çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı