Divizion - yarımhəvəskar klubların çempionatı

25 Sentyabr 2019 14:19 Azərbaycan Futbolu 524
Divizion - yarımhəvəskar klubların çempionatı

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında I divizionun 4-cü turu ilə bağlı qərarlar verilib.

Sportinfo.az xəbər verir ki, divizion klubları işə qeyri-peşəkar yanaşmaya görə cəzalara məruz qalıblar.

“Sumqayıt-2” – MOİK və “Ağsu” – “Neftçi-2” görüşündə meydan sahibi komandalar protokolu vaxtında tərtib etməyiblər, cəzası 80 manat olacaq. “Turan Tovuz” – “Kəpəz” qarşılaşmasında tovuzluların nümayəndəsi oyunöncəsi iclasa gecikib, bunun da əvəzi 80 manatdır.

Bundan başqa, hər iki komandanın azarkeşləri pirotexniki vasitələrdən istifadə edib, klublar 80 manat cərimə ödəyəcək. Divizionun 3-cü turunun MOİK – “Keşlə” görüşündə "ordu klubu" matçın videoçəkilişini aparmadığına görə 80 manat cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti