AFFA rəhbərliyi növbəti yarıtmaz qərara hazırlaşır?

14 Yanvar 19:00 Azərbaycan Futbolu 2 984
AFFA rəhbərliyi növbəti yarıtmaz qərara hazırlaşır?

Əvəzedicilər Liqası ləğv edilə bilər.

AFFA rəhbərliyi növbəti dəfə bu liqanın fəaliyyətini dayandırmağa hazırlaşır.

Son qərar İcraiyyə Komitəsinin qarşıdakı iclasında veriləcək.

Əslində federasiya hətta ötən mövsümün gedişində bu barədə qərar verməyi düşünürdü.

Amma futbol ictimaiyyətinin haqlı narazılığı qarşı tərəfin geri addım atmasına səbəb olmuşdu.

Görünür, gec, ya da tez rəhbər şəxslər Əvəzedici Liqanın fəaliyyətini dayandırmaqda qərarlıdır.

Maraq üçün bildirək ki, bir neçə il əvvəl oxşar addım atılmış, Premyer Liqa klublarının ikinci komandaları Birinci Liqada çıxış etməyə başlamışdı.

Faydasız olduğu görünününcə qısa müddət sonra Əvəzedici Liqanın keçirilməsi bərpa edilmişdi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar