Rövnəq Abdullayev klubları bir yerə yığdı, mühüm mesajlar verdi – QAPALI İCLAS

1 Avqust 2022 13:00 Azərbaycan Futbolu 3 418
Rövnəq Abdullayev klubları bir yerə yığdı, mühüm mesajlar verdi – QAPALI İCLAS

AFFA prezidenti Rövnəq Abdullayev Premyer Liqada çıxış edən bir sıra klubların rəhbər şəxsləri ilə görüşüb.

Toplantı federasiyanın mənzil-qərargahında təşkil olunub. Uzun müddətdən sonra ilk dəfə iclas keçirən federasiya başçısı növbəti mövsümlə bağlı müzakirələr aparıb.

O, Premyer Liqanın 6 ildən sonra 10 komandanın iştirakı ilə bapş tutacağını xatırladıb və bunu «yeni dönəm» adlandırıb. R.Abdullayev bildirib ki, gələn çempionatdan gözləntiləri böyükdür və maraqlı mübarizəyə şahidlik edəcəyinə şübhə bəsləmir.

AFFA rəhbəri klubların maliyyə durumu haqda da danışıb. Qeyd edib ki, federasiya bu istiqamətdə bir sıra işlər görüb və bundan sonra da görəcək.

Qurumun bir nömrəli şəxsi SOCAR-ın maddi təminat məsələsində Premyer Liqa təmsilçilərinə böyük dəstək verəcəyini bildirib, tezliklə dotasiyanın ayrılacağını diqqətə çatdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var