"Qurban Qurbanov olmayacaqsa, o, millini çalışdırsın"

2 Dekabr 2021 12:40 Azarkeş 2 439
"Qurban Qurbanov olmayacaqsa, o, millini çalışdırsın"

Hazırda AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilir.

İclasın gündəliyinə Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazinin hesabatının dinlənilməsi və onun baş məşqçi kimi qalıb-qalmaması müzakirə olunur.

"Azərbaycan Azarekeşlər" Birliyinin rəhbəri Atanur Cəfərli İK-nın iclasından gözləntilərini Sportinfo.az-la bölüşüb:

"Bu iclas mənə çox da maraqlı gəlmir. De Byazi olsun və ya bir başqası bu gün Azərbaycan milllisini bu vəziyyətdən çıxara bilməz. Çünki bu nəticənin pis olmasında təkcə baş məşqçi günahkar deyil.

Vəziyyətin dəyişməsi üçün rəhbərlikdən tutmuş, bir çox dəyişikliklər olmaldır ki, bir neçə ilə bu, öz bəhrəsini versin. Amma istənilən halda yerli mütəxəssisin təyin olunmasını istərdim.

Ən azından o, millinin sükanı arxasında təcrübə toplasın. Məncə, pulu əcnəbi mütəxəssisə yedirtməyin mənası yoxdur".

Cəfərli yerli mütəxəssislərdən namizəd gördüyü şəxslərin adını da açıqlayıb:

"Əgər yerli məşqçi AFFA-nın adamı olacaqsa, biz yenə hansısa inkişaf görməyəcəyik. Amma fikirləşirəm ki, ilk namizəd Qurban Qurbanov olmalıdır.

O da inanmıram ki, yenidən hazırkı rəhbərlik olduğu halda milli komandaya gəlsin. İkinci namizəd kimi isə Rəşad Sadıqovu fikirləşirəm.

Azərbaycan futbolunu bilən, məsuliyyətini başa düşən, qələbəyə ac və xarakteri bizə uyğundur. Ən vacib məsələ futbolçuların çoxunun onu istəməyidir.

Biz azərkeş olaraq da öz adımdan deyə bilərəm ki, Qurban Qurbanov olmayacaqsa, milli komandanın sükanı arxasında Rəşad Sadıqov olsun".

Digər Xəbərlər
Xəbər Lenti