Bakılıların nəzərinə: UEFA sayğacı yenilədi - VİDEO

19 Mart 2020 15:04 AÇ-2020 1 038
Bakılıların nəzərinə: UEFA sayğacı yenilədi - VİDEO

UEFA bu yay keçirilməli olan Avropa çempionatının koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmasından sonra bəzi məlumatlarda dəyişiklik edib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, turnirin startına qədərki günləri sayan sayğac yenilənib. Yeni sayğacda Avropa çempionatına 450 gün qaldığı qeyd olunub.

Xatırladaq ki, AVRO-2020 gələn il 11 iyun - 11 iyul tarixlərində Avropanın 12 şəhərində keçiriləcək. Onların arasında Bakı da var. Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 qarşılaşması Bakı Olimpiya Stadionunda təşkil olunacaq.Embedded video

16

Twitter Ads info and privacy

See ЕВРО-2020 в Санкт-Петербурге's other Tweets

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular