"Bizə uduzmağı normal qarşılaya bilərlər"

4 Dekabr 2019 10:33 AÇ-2020 823
"Bizə uduzmağı normal qarşılaya bilərlər"

İtaliya millisinin baş məşqçisi Roberto Mançini maraqlı fikirlər səsləndirib. Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis AVRO-2020-nin final mərhələsində yer aldıqları A qrupunu dəyərləndirib.

Mançini asan qrupa düşmədiklərini söyləsə də, rəqiblərə meydan oxumağı da unutmayıb. O, Uels, İsveçrə və Türkiyənin öz aralarında Bakıda keçirəcəkləri qarşılaşmalarda ikinci xoşbəxtin müəyyənləşəcəyinə işarə vurub:

"Qrupumuz deyildiyi qədər asan deyil. Amma püşkatmadan da razı qalmalıyıq. Biz yaxşı performans sərgiləyərək final mərhələsinə yollanmışıq. Qrupumuzdakı digər komandaların hər üçünün itirəcək heç nəyi yoxdu.

Bizə məğlubiyyətləri normal qarşılaya bilərlər. Hər üç komanda gənc oyunçulardan qurulmuş gənc kollektivdi. Türkiyə seçmə mərhələdə Fransadan 4 xal aldı. İsveçrə narahat komandadı, çünki bizi yaxşı tanıyır. Premyer Liqada çıxış edən futbolçularla Uels sürpriz edə bilər. Hər şeyə meydanda aydınlıq gələcək".

A qrupunda yalnız İtaliya oyunlarını öz meydanında keçirəcək. Türkiyə, İsveçrə və Uels arasındakı 3 görüş isə Bakı Olimpiya Stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti