“Qarabağ” 46-cıdır - I dövrədə 48 komanda arasında

8 Noyabr 2020 11:20 Avropa Liqası 625
“Qarabağ” 46-cıdır - I dövrədə 48 komanda arasında

Avropa Liqasının qrup mərhələsində I dövrəyə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, İ qrupunda keçirdiyi hər üç qarşılaşmada uduzan Qurban Qurbanovun yetirmələri dövrəni xalsız başa vurub.

Ağdam təmsilçisi qrup mərhələsində xal toplamayan 7 komandadan biridir. 48 iştirakçıdan yalnız yeddisi hər üç görüşdə uduzub.

İsraildə Təl-Əviv “Makkabi”sinə 0:1, Türkiyədə İspaniya “Vilyarreal”ına 1:3, yerli “Sivasspor”a 0:2 hesabı ilə uduzan “Qarabağ” bu görüşlərdə 1 qol vurub və 6-nı buraxıb. Təmsilçimiz xalı olmayanlar arasında top fərqinə görə 5-cidir.

Qurbanovun yetirmələri turnirdə iştirak edənlərdən yalnız ikisini üstələyir. Bunlar Ukrayna “Zarya”sı və Belçika “Standard”ıdır. Bu isə o deməkdir ki, “Qarabağ” I dövrədə 48 komanda arasında 46-cıdır.

J

Lüdoqorets (Bolqarıstan)

3

0

0

3

5-9

0

B

Dandolk (İrlandiya)

3

0

0

3

4-9

0

F

Riyeka (Xorvatiya)

3

0

0

3

2-7

0

L

Gent (Belçika)

3

0

0

3

2-7

0

İ

Qarabağ (Azərbaycan)

3

0

0

3

1-6

0

G

Zarya (Ukrayna)

3

0

0

3

2-9

0

D

Standard (Belçika)

3

0

0

3

1-8

0

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!