8 futbolçuda koronavirus tapıldı - Avropa Liqası matçından əvvəl

4 Noyabr 2020 22:30 Avropa Liqası 481
8 futbolçuda koronavirus tapıldı - Avropa Liqası matçından əvvəl

Avstriyanın "Volfsberq" klubunun bəzi futbolçuları koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, komandada 8 oyunçunun testi müsbət nəticələnib.

Həmin şəxslər digər futbolçulardan təcrid edilib və hazırda evlərində karantindədir.

"Volfsberq" noyabrın 5-də Avropa Liqasının qrup mərhələsinin III turunda Xorvatiyada Zaqreb "Dinamo"sunun qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti