"Milan", "Arsenal" və "Tottenhem" qazandı, "Sivasspor" yenildi: AL GECƏSİ

23 Oktyabr 2020 01:00 Avropa Liqası 735
"Milan", "Arsenal" və "Tottenhem" qazandı, "Sivasspor" yenildi: AL GECƏSİ

Avropa Liqasında qrup mərhələsi start götürüb.

Sportinfo.az xəbər verir ki, I tur çərçivəsində 24 matç baş tutub.

Azərbaycan çempionu “Qarabağ”ın mübarizə apardığı İ qrupunda iki görüş keçirilib. Ağdam təmsilçisi İsraildə “Makkabi” (Təl-Əviv) ilə üz-üzə gəlib. Meydan sahibləri bu qarşılaşmadan üç xalla ayrılıb.

Qrupun digər görüşündə “Vilyarreal” İspaniyada “Sivasspor”u qəbul edib. Məhsuldar keçən görüşdə 8 top vurulub. Qrupun favoriti olan ispaniyalılar Türkiyə təmsilçisini çətinliklə məğlub edib.

Turnirin favoritlərindən olan “Arsenal” “Rapid” üzərində əzmkar qələbə qazanıb. Digər İngiltərə təmsilçisi “Tottenhem” LASK-dan güclü olub. “Zarya”nı sınağa çəkən “Lester” də turu itkisiz keçib.

“Seltik”in qonağı olan İtaliya “Milan”ı da turnirə qələbə ilə başlayıb. “Napoli” isə “Alkmaar”a uduzub. Daha bir görüş məhsuldarlığı ilə diqqət çəkib. 8 qolun vurulduğu matçda “Bayer” “Nitsa”nı 6:2 hesabı ilə üstələyib.

I tur
22 oktyabr

A qrupu
"Yanq Boyz" (İsveçrə) - "Roma" (İtaliya) - 1:2
Nsame, 14 - Peres, 69, Kumbulla, 74
MOİK (Sofiya, Bolqarıstan) – ÇFR (Rumıniya) - 0:2
Rondon, 53, Deas, 74 (pen.)

B qrupu
"Dandolk" (İrlandiya) - "Molde" (Norveç) - 1:2
Murray, 35 - Hussain, 62, Omoijuanfo, 72
"Rapid" (Avstriya) - "Arsenal" (İngiltərə) - 1:2
Fountas, 51 - Luis, 70, Obameyanq, 74

C qrupu
"Bayer" (Almaniya) - "Nitsa" (Fransa) - 6:2
Amiri, 11, Alario, 16, Dyabi, 61, Bellarabi, 79, 83, Virts, 87 - Qouiri, 31, Klaud Mauris, 90
"Hapoel" (Beer-Şeva, İsrail) - "Slaviya" (Çexiya) - 3:1
Aqudelo, 45, Akolarse, 86, 88 - Provod, 75

D qrupu
"Standard" (Belçika) - "Reyncers" (Şotlandiya)- 0:2
Tavernyer, 19 (pen.), Rufe, 90+3
"Lex" (Polşa) - "Benfika" (Portuqaliya) - 2:4
İsak, 15, 49 - Pizzi, 9 (pen.), Nunes, 42, 60, 90+3

E qrupu
PSV (Niderland) - "Qranada" (İspaniya) - 1:2
Götze, 45+1 - Molina, 57, Maçis, 66
PAOK (Yunanıstan) - "Omoniya" (Kipr) - 1:1
Murq, 56 - Bauteac, 16

F qrupu
"Napoli" (İtaliya) – “Alkmaar” (Niderland) - 0:1
de Vit, 57
"Riyeka" (Xotvatiya) - "Real Sosyedad" (İspaniya) - 0:1
Con, 90+3

G qrupu
"Braqa" (Portuqaliya) - AEK (Yunanıstan) - 3:0

Qaleno, 44, Paulinyo, 78, Horta, 88
"Lester" (İngiltərə) - "Zarya" (Ukrayna) - 3:0
Maddison, 29, Barnes, 45, İhanaço, 67

H qrupu
"Seltik" (Şotlandiya) - "Milan" (İtaliya) - 1:3

Elyunussi, 76 - Kruniç, 14, Dias, 42, Hauq, 90+2
"Sparta" (Çexiya) - "Lill" (Fransa) - 1:4
Dockal, 47 - Yazıçı, 45+1, 60, 75, İkone, 66

İ qrupu
"Vilyarreal" (İspaniya) - "Sivasspor" (Türkiyə) - 5:3

Kubo, 13, Bakka, 20, Foyt, 57, Alkaser, 74, 78 - Kayode, 33, Yatabare, 43, Qradel, 64
"Makkabi" (Təl-Əviv, İsrail) - "Qarabağ" (AZƏRBAYCAN) - 1:0
Kohen, 10

J qrupu
"Tottenhem" (İngiltərə) - LASK (Avstriya) - 3:0

Lukas, 18, Andrade, 27, Son Heunq-Min, 84
"Lüdoqorets" (Bolqarıstan) - "Antverpen" (Belçika) - 1:2
İqinio, 46 - Gerkens, 63, Refaelov, 70

K qrupu
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Feyenoord" (Niderland) - 0:0
"Volfsberger" (Avstriya) – MOİK (Moskva, Rusiya) - 1:1

Liendl. 42 - Qaiç, 5

L qrupu
"Hoffenhaym" (Almaniya) - "Srvena Zvezda" (Serbiya) - 2:0

Baumqartner, 64, Dabbur, 90+4
"Slovan" (Çexiya) - "Gent" (Belçika) - 1:0
Yusuf, 29

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu