"Qarabağ" görsün - ona qarşı 6 hücumçudan yararlanacaq

9 Oktyabr 2020 11:48 Avropa Liqası 733
"Qarabağ" görsün - ona qarşı 6 hücumçudan yararlanacaq

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki daha bir rəqibi - “Sivasspor” iştirak ərizəsini UEFA-ya təqdim edib.

Sportinfo.az xəbər verir ki, Türkiyə klubunun siyahısında 21 futbolçu yer alıb.

Baş məşqçi Rıza Çalımbay oyunlarda 2 qapıçı, 7 müdafiəçi, 6 yarımmüdafiəçi və 6 hücumçunun xidmətindən yararlanacaq.

Qapıçılar: 25. Muammer Zülfikar, 30. Mamadu Samassa (Mali)
Müdafiəçilər: 3. Uğur Çiftçi, 4. Aaron Apindaqoye (Qabon), 8. Robin Yalçın (Almaniya), 14. Samba Kamara (Fransa), 58. Ziya Ərdal, 87. Marselo Qoyano (Braziliya), 88. Caner Osmanpaşa
Yarımmüdafiəçilər: 5. İsak Kofie (Qana), 6. Klaudemir (Braziliya), 10. Yasin Öztəkin, 11. Jorje Feliks (İspaniya), 17. Ərdoğan Yeşilyurt (Almaniya), 37. Hakan Arslan
Hücumçular: 2. Aruna Kone (Fil Dişi Sahili), 7. Maks-Alain Qradel (Fil Dişi Sahili), 9. Mustafa Yatabare (Mali), 29. Kasimir Rodriqe Ninqa (Çad), 76. Faysal Fayr (Mərakeş), 80. Olarenvayu Kayode (Nigeriya).

"Sivasspor" İ qrupunda "Qarabağ", həmçinin "Vilyarreal" (İspaniya) və "Makkabi" (Təl-Əviv, İsrail) ilə mübarizə aparacaq. Türkiyə təmsilçisi ilk matçını oktyabrın 22-də səfərdə "Vilyarreal"a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti