"Qalatasaray"ı uddu, "Milan"la düşdü – AVROLİQA QRUPLARI

2 Oktyabr 2020 20:50 Avropa Liqası 1 386
"Qalatasaray"ı uddu, "Milan"la düşdü – AVROLİQA QRUPLARI

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə qitənin ikinci dərəcəli klub turnirində mübarizə aparan 48 komanda 12 qrupa bölünüb.

Mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Qarabağ”ın da rəqibləri bəlli olub.

Təmsilçimiz qonşu Türkiyənin turnirdə mübarizəni davam etdirən yeganə komandası “Sivasspor”la eyni qrupa düşüb. Onlar “Vilyarreal” və Təl-Əviv “Makkabi”si ilə mübarizə aparacaq.

Qrup mərhələsində I tur 22 oktyabr, II tur 29 oktyabr, III tur 5 noyabr, IV tur 26 noyabr, V tur 3 dekabr, VI tur 10 dekabrda keçiriləcək.

A qrupu
“Roma” (İtaliya)
“Yanq Boyz” (İsveçrə)
ÇFR (Rumıniya)
MOİK (Bolqarıstan)

B qrupu
“Arsenal” (İngiltərə)
“Rapid” (Avstriya)
“Molde” (Norveç)
“Dandolk” (İrlandiya)

C qrupu
“Bayer” (Almaniya)
“Slaviya” (Çexiya)
“Hapoel” (Beer-Şeva, İsrail)
“Nitsa” (Fransa)

D qrupu
“Benfika” (Portuqaliya)
“Standard” (Belçika)
“Reyncers” (Şotlandiya)
“Lex” (Polşa)

E qrupu
PSV (Niderland)
PAOK (Yunanıstan)
“Qranada” (İspaniya)
“Omoniya” (Kipr)

F qrupu
“Napoli” (İtaliya)
“Real-Sosyedad” (İspaniya)
“Alkmaar” (Niderland)
“Riyeka” (Xorvatiya)

G qrupu
“Braqa” (Portuqaliya)
“Lester” (İngiltərə)
AEK (Yunanıstan)
“Zarya” (Ukrayna)

H qrupu
“Seltik” (Şotlandiya)
“Sparta” (Çexiya)
“Milan” (İtaliya)
“Lill” (Fransa)

İ qrupu
“Vilyarreal” (İspaniya)
“Qarabağ” (Azərbaycan)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Sivasspor” (Türkiyə)

J qrupu
“Tottenhem” (İngiltərə)
“Lüdoqorets” (Bolqarıstan)
LASK (Avstriya)
“Antverpen” (Belçika)

K qrupu
MOİK (Rusiya)
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Feyenoord” (Niderland)
“Volfsberger” (Avstriya)

L qrupu
“Gent” (Belçika)
“Srvena Zvezda” (Serbiya)
“Hoffenhaym” (Almaniya)
“Slovan” (Çexiya)

Digər Xəbərlər
Xəbər Lenti