“Qarabağ”ın Avroliqanın qrupunda rəqibləri - SƏBƏTLƏR

2 Oktyabr 2020 09:14 Avropa Liqası 1 432
“Qarabağ”ın Avroliqanın qrupunda rəqibləri - SƏBƏTLƏR

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 48 komanda 12 qrupa bölünəcək.

İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşkatmada Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri bəlli olacaq.

Püşkdən öncə komandalar UEFA reytinqinə əsasən səbətlərə bölünüb. Biri Çempionlar Liqası, altısı Avropa Liqasında olmaqla, ardıcıl 7-ci dəfə qrup mərhələsində oynayacaq Ağdam klubu püşkatma zamanı 2-ci səbətdə yer alıb.

Bu, pley-off mərhələsinin nəticələrindən sonra rəsmiləşib. Təmsilçimizin 3-cü deyil, 2-si səbətdə qərarlaşması üçün “Qarabağ”dan yuxarı reytinqə malik komandalardan ən azı beşi uduzmalı idi.

“Malmö” (İsveç), “Kopenhagen” (Danimarka), APOEL (Kipr), “Viktoriya” (Çexiya) və “Bazel”in (İsveçrə) uduzması Qurban Qurbanovun yetirmələrinin ikinci səbətə yüksəlməsi üçün yetərli olub.

Bundan başqa, daha üç yüksək reytinqli komanda – “Qalatasaray” (Türkiyə), “Volfsburq” (Almaniya) və “Sportinq” (Portuqaliya) mübarizəni dayandırıb.

Azərbaycan çempionu kimi qonşu Türkiyənin turnirdə mübarizəni davam etdirən yeganə təmsilçisinin də rəqibləri bəlli olacaq. “Sivasspor” püşkatma zamanı 4-cü səbətdə olacaq.

Püşkatma mərasimində Avropa Liqasında 2019/20 mövsümünün ən yaxşı futbolçusu da açıqlanacaq. Qrup mərhələsində I tur 22 oktyabr, II tur 29 oktyabr, III tur 5 noyabr, IV tur 26 noyabr, V tur 3 dekabr, VI tur 10 dekabrda keçiriləcək.

Qrup mərhələsi

I səbət

“Arsenal” (İngiltərə)

“Tottenhem” (İngiltərə)

“Roma” (İtaliya)

“Napoli” (İtaliya)

“Benfika” (Portuqaliya)

“Bayer” (Almaniya)

“Vilyarreal” (İspaniya)

MOİK (Rusiya)

“Braqa” (Portuqaliya)

“Gent” (Belçika)

PSV (Niderland)

“Seltik” (Şotlandiya)

II səbət

“Dinamo” (Zaqreb, Xorvatiya)

“Sparta” (Çexiya)

“Slaviya” (Çexiya)

“Lüdoqorets” (Bolqarıstan)

“Yanq Boyz” (İsveçrə)

“Srvena Zvezda” (Serbiya)

“Rapid” (Avstriya)

“Lester” (İngiltərə)

“Qarabağ” (Azərbaycan)

PAOK (Yunanıstan)

“Standard” (Belçika)

“Real-Sosyedad” (İspaniya)

III səbət

“Qranada” (İspaniya)

“Milan” (İtaliya)

“Alkmaar” (Niderland)

“Feyenoord” (Niderland)

“Makkabi” (Təl-Əviv, İsrail)

AEK (Yunanıstan)

“Reyncers” (Şotlandiya)

“Molde” (Norveç)

“Hoffenhaym” (Almaniya)

LASK (Avstriya)

“Hapoel” (Beer-Şeva, İsrail)

ÇFR (Rumıniya)

IV səbət

“Zarya” (Ukrayna)

“Nitsa” (Fransa)

“Lill” (Fransa)

“Riyeka” (Xorvatiya)

“Dandolk” (Şimali İrlandiya)

“Slovan” (Çexiya)

“Antverpen” (Belçika)

“Lex” (Polşa)

“Sivasspor” (Türkiyə)

“Volfsberger” (Avstriya)

“Omoniya” (Kipr)

MOİK (Bolqarıstan)

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"