“Qalatasaray” dayandı - AVROLİQADA PLEY-OFF GECƏSİ

2 Oktyabr 2020 01:54 Avropa Liqası 1 807
“Qalatasaray” dayandı - AVROLİQADA PLEY-OFF GECƏSİ

Avropa Liqasında pley-off mərhələsinin oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, bir matçdan ibarət olan mərhələ çərçivəsində 21 qarşılaşma baş tutub.

Çempionlar yolunda 8, Əsas yolda 13 görüş qrup mərhələsinə son vəsiqələrin sahiblərini müəyyənləşdirib. Azərbaycan çempionu “Qarabağ” Polşada “Legiya”nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Ağdam klubu Avropa Liqasının qrupunda mübarizə aparacaq.

Türkiyənin ən titullu klubu “Qalatasaray” isə pley-off səddini adlaya bilməyib. Fatih Terimin yetirmələri Şotlandiyada “Reyncers”ə uduzaraq avrokubok mövsümünü başa vurub. Avropa Liqasının qrupunda qonşu ölkəni yalnız əvvəlki raundlardan azad olan “Sivasspor” təmsil edəcək.

Pley-off mərhələsinin qarşılaşmaları gözlənilməz nəticələrlə də əlamətdar olub. Almaniya “Volfsburq”u Yunanıstanda AEK-ə uduzub. Avstriya LASK-ını qəbul edən Portuqaliya “Sportinq”i və Bolqarıstan MOİK-ini sınağa çəkən İsveçrə “Bazel”i mübarizəni ev matçında dayandırıb.

Günün ən məhsuldar qarşılaşması Londonda keçirilib. “Tottenhem” Hayfa “Makkabi”sini 7:2 hesabı ilə üstələyib. Oktyabrın 2-də keçiriləcək qrup mərhələsinin püşkatmasında 48 komanda 12 qrupa bölünəcək.

Çempionlar yolu
19:30. ÇFR (Rumıniya) - “Kuopio” (Finlandiya) – 3:1
21:00. “Ararat-Armeniya” (Ermənistan) - “Srvena Zvezda” (Serbiya) – 1:2
21:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Flora” (Estoniya) – 3:1
22:00. “Dinamo” (Brest, Belarus) - “Lüdoqorets” (Bolqarıstan) – 0:2
22:00. “Legiya” (Polşa) - “Qarabağ” (Azərbaycan) – 0:3
22:00. “Sarayevo” (Bosniya və Herseqovina) - “Seltik” (Şotlandiya) – 0:1
22:30. “Dandolk” (İrlandiya) - “Klasksvik” (Farer adaları) – 3:1
22:30. “Yanq Boyz” (İsveçrə) - “Tirana” (Albaniya) – 3:0


Əsas yol
21:00. “Malmö” (İsveç) - “Qranada” (İspaniya) – 1:3
21:00. “Rusenborq” (Norveç) – PSV (Niderland) – 0:2
21:00. “Şarlerua” (Belçika) - “Lex” (Polşa) – 1:2
21:00. “Slovan” (Çexiya) - APOEL (Kipr) – 1:0
21:30. “Hapoel” (Beer-Şeva, İsrail) - “Viktoriya” (Çexiya) – 1:0
22:00. “Kopenhagen” (Danimarka) - “Riyeka” (Xorvatiya) – 0:1
22:00. “Standard” (Belçika) - “Fehervar” (Macarıstan) – 3:1
22:30. “Bazel” (İsveçrə) - MOİK (Bolqarıstan) – 1:3
22:45. “Reyncers” (Şotlandiya) - “Qalatasaray” (Türkiyə) – 2:1
22:45. AEK (Yunanıstan) - “Volfsburq” (Almaniya) – 2:1
23:00. “Rio Ave” (Portuqaliya) - “Milan” (İtaliya) – 2:2, pen.8:9
23:00. “Sportinq” (Portuqaliya) - LASK (Avstriya) – 1:4
23:00. “Tottenhem” (İngiltərə) - “Makkabi” (Hayfa, İsrail) – 7:2

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı