UEFA Ermənistandakı Avropa Liqası matçının yerini dəyişdirdi

29 Sentyabr 2020 22:40 Avropa Liqası 612
UEFA Ermənistandakı Avropa Liqası matçının yerini dəyişdirdi

UEFA Avropa Liqasının pley-off mərhələsinində Ermənistanın "Ararat Armenia" və Serbiyanın "Srvena Zvezda" komandaları arasında keçiriləcək oyunun yerini dəyişdirib.

Sportinfo.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma oktyabrın 1-də Kiprin paytaxtı Nikosiyadakı GSP stadionunda təşkil olunacaq.

Matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Hazırda Ermənistanda hərbi rejim hökm sürür. Oyunun keçirilməsi üçün alternativ yer bununla əlaqədar tapılıb.

Digər Xəbərlər
Xəbər Lenti