Avropa Liqasında ikisi darmadağınla, biri penaltilərlə

17 Sentyabr 2020 00:50 Avropa Liqası 832
Avropa Liqasında ikisi darmadağınla, biri penaltilərlə

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, bir matçdan ibarət tamaşaçısız keçirilən mərhələnin ilk oyun günündə üç qarşılaşma baş tutub.

Lüksemburqda yerli “Proqress” “Villem II”ni qəbul edib. Niderland təmsilçisi darmadağınla növbəti mərhələyə yüksəlib. “Hammarbü” öz meydanında “Lex”lə görüşüb.

Bu qarşılaşmada da qonaqlar darmadağınla mərhələ adlayıblar. Günə Farer adalarında yekun vurulub. B-36 TNS-i sınağa çəkib. Bu görüşün taleyi penaltilər seriyasında həll olunub.

Daha dəqiq oynayan meydan sahibləri III təsnifat mərhələsinə vəsiqəni təmin ediblər. Mərhələnin digər matçları sentyabrın 17-də baş tutacaq.

“Proqress” (Lüksemburq) – “Villem II” (Niderland) 0:5

Qol: Pavlidis, 19; 34. Sağlam, 28. Nunneli, 46. Ndayişimiye, 65.

“Hammarbü” (İsveç) – “Lex” (Polşa) 0:3

Qol: Tiba, 55. Kaminski, 89. Marçvinski, 90+3.

B-36 (Farer adaları) – TNS (Uels) 2:2 (penaltilər 5:4)

Qol: Pşibilski, 47. Radosavlyeviç, 120+2 – Smit, 81. Ebbe, 112.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!