"Qalatasaray" Bakıda bu "11-liy"lə mübarizə aparacaq

15 Sentyabr 21:20 Avropa Liqası 952
"Qalatasaray" Bakıda bu "11-liy"lə mübarizə aparacaq

Avropa Liqasının II tənifat mərhələsində təmsilçimiz “Neftçi”nin rəqibi olan “Qalatasaray” klubu oyunun hazırlıqlarını davam etdirir.

Sportinfo.az “Milliyet” nəşrinə istinadən xəbər verir ki, “sarı –qırmızılar”ın Bakıdakı matça çıxacağı əsas heyət artıq bəllidir.

Bildirilir ki, “Neftçi” ilə qarşılaşmada İstanbul klubunun qapısını Fatih Öztürk qoruyacaq. Müdafiədə Omar Elabdellaui, Rayan Donk, Markao, Marselo Saraççi yer alır.

Terim mərkəzdə Taylan Antalyalı və Yunis Belhandaya forma verəcək. Yarımmüdafiədə isə Rayan Babel, Sofyan Fequli və Emre Kılınç mübarizə aparacaq.

Komandanın qol ümidi isə Mbaye Dian olacaq.

Super Liqanın II turunda “Başakşəhər”lə qarşılaşacaq “Qalatasaray”da baş məşqçi Fatih Terimin təsnifat oyununda rotasiya edəcəyi vurğulanıb. Təcrübəli mütəxəssisin bu görüşdə komandanın əsas üzvləri Arda Turan və Radamel Falkaonu ehtiyatda saxlaması gözlənilir.

“Neftçi” – “Qalatasaray” matçı sentyabrın 17-də Bakı Olimipya Stadionunda keçiriləcək

Xəbər Lenti
18 Sentyabr 22:00 "Çelsi" icarəyə verdi
18 Sentyabr 19:16 Edin Ceko "Yuventus"da
18 Sentyabr 19:02 25-ci "Qarabağ"la gəldi
18 Sentyabr 18:34 Ay qardaş, ay qardaş…
18 Sentyabr 09:42 Satmaq üçün razılaşdılar