Avroliqada II mərhələ CÜTLƏRİ - PÜŞKDƏN FOTOLAR

31 Avqust 2020 16:10 Avropa Liqası 2 405
Avroliqada II mərhələ CÜTLƏRİ - PÜŞKDƏN FOTOLAR

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.

Əsas yolda mübarizə aparan komandalar 36 cüt təşkil edib. Bunlardan ikisində I təsnifat mərhələsinin cütü yer alıb. Bu da həmin görüşlərin təxirə salınması ilə bağlıdır. Azərbaycanın vitse-çempionu “Neftçi”nin də rəqibi bəlli olub.

Çempionlar yolunda 20 komanda 10 cüt təşkil edib. Bunlar Çempionlar Liqasında ilkin və I təsnifat mərhələsində uduzan komandalardır.

Bu mərhələnin matçları sentyabrın 17-də təşkil olunacaq. Cütlər bir oyunda münasibətlərini ayırd edəcək. Qarşılaşmanın ev sahibini də püşk müəyyənləşdirib.

Sabah III təsnifat mərhələsinin püşkü atılacaq.

Avropa Liqası
II təsnifat mərhələsi
Əsas yol

“Nomme Kalyu” (Estoniya) - "Mura" (Sloveniya) cütünün qalibi - “Orxus” (Danimarka)
“Neftçi” (Azərbaycan) - “Qalatasaray” (Türkiyə)
“Höteborq” (İsveç) - “Kopenhagen” (Danimarka)
OFİ (Yunanıstan) - “Apollon” (Kipr)
“Bala Taun” (Uels) - “Standard” (Belçika)
“Botoşani” (Rumıniya) - “Şkendiya” (Şimali Makedoniya)
“Aris” (Yunanıstan) - “Kolos” (Ukrayna)
“Riterlay” (Litva) - “Slovan” (Çexiya)
“Borats” (Bosniya və Herseqovina) - “Rio Ave” (Portuqaliya)
“Kukesi” (Albaniya) - “Volfsburq” (Almaniya)
“Osiyek” (Xorvatiya) - “Bazel” (İsveçrə)
“Bodo Qlimt” (Norveç) - “Jalgiris” (Vilnüs, Litva)
“Kaysar” (Qazaxıstan) - APOEL (Kipr)
“Lokomotivi” (Gürcüstan) - “Dinamo” (M, Rusiya)
“Kolreyn” (Şimali İrlandiya) - “Motervell” (Şotlandiya)
“Teuta” (Albaniya) - “Qranada” (İspaniya)
“Vikinq” (Norveç) - “Aberdin” (Şotlandiya)
MOİK (Bolqarıstan) - BATE (Belarus)
“Laçi” (Albaniya) - “Hapoel” (Beer-Şeva, İsrail)
“Ventspils” (Latviya) - “Rusenborq” (Norveç)
“Servett” (İsveçrə) - “Reyms” (Fransa)
“Olimpiya” (Sloveniya) - “Zrinski” (Bosniya və Herseqovina)
“Pyast” (Polşa) - “Hartberq” (Avstriya)
“Hibernians” (Malta) - “Fehervar” (Macarıstan)
“Hammarbü” (İsveç) - “Lex” (Polşa)
“Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina) cütünün qalibi - “Kayrat” (Qazaxıstan)
B-36 (Farer adaları) - TNS (Uels)
“Topola” (Serbiya) - “Styaua” (Rumıniya)
“Proqress” (Lüksemburq) - “Villem” (Niderland)
“Sfantul” (Moldova) - “Partizan” (Serbiya)
“Lokomotiv” (Plovdiv, Bolqarıstan) - “Tottenhem” (İngiltərə)
“Honved” (Macarıstan) - “Malmö” (İsveç)
“Linkoln” (Cəbəllütariq) - “Reyncers” (Şotlandiya)
“Renova” (Şimali Makedoniya) - “Hayduk” (Xorvatiya)
“Dunayska” (Slovakiya) - “Yablonets” (Çexiya)
“Şemrok Rovers” (İrlandiya) - “Milan” (İtaliya)
Çempionlar yolu
“İnter” (Andorra) – “Dandalk” (İrlandiya)
“Kuopio” (Finlandiya) - “Slovan” (Slovakiya)
“Linfild” (Şimali İrlandiya) - “Floriana” (Malta)
“Riqa” (Latviya) - “Tre Fiori” (San-Marino)
“Yurqorden” (İsveç) - “Europa” (Cəbəllütariq)
“Flora” (Estoniya) - “Reykyavik” (İslandiya)
“Sileks” (Şimali Makedoniya) – “Drita” (Kosovo)
“Astana” (Qazaxıstan) - “Buduçnost” (Monteneqro)
“Ararat-Armeniya” (Ermənistan) - “Fola” (Lüksemburq)
“Konnah” (Uels) - “Dinamo” (Tbilisi, Gürcüstan)

Digər Xəbərlər
Xəbər Lenti