2 klub Avroliqada III təsnifat mərhələsindən azad edildi

31 Avqust 2020 16:06 Avropa Liqası 1 980
2 klub Avroliqada III təsnifat mərhələsindən azad edildi

Bu gün İsveçrənin Nyon şəhərində avrokubokların püşkatması keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə Avropa Liqasının III təsnifat mərhələsindən azad edilən komandalar bəlli olub.

Çempionlar Liqasının II təsnifat mərhələsində uduzan 10 komandadan səkkizi Avropa Liqasının III təsnifat mərhələsində oynayacaq. Digər iki komanda isə bu turnirin pley-offuna yüksəlib.

Püşk “Tirana” (Albaniya) və “Lüdoqorets”in (Bolqarıstan) üzünə gülüb. Bu komandalar Çempionlar yolu ilə pley-offa vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi