UEFA-dan təxirə salınan Avroliqa matçı ilə bağlı qərar

30 Avqust 2020 01:52 Avropa Liqası 2 005
UEFA-dan təxirə salınan Avroliqa matçı ilə bağlı qərar

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçirilməli olan və təxirə salınan “Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina) oyunu ilə bağlı qərarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, qurum hər iki kluba məktub göndərib və matçın İsraildə gerçəkləşəcəyini bildirib.

Qarşılaşma sentyabrın 12-dək baş tutmalı, tərəflər tarixi və görüşün saatını razılaşdırmalıdırlar. Bosniya və Herseqovina təmsilçisi qərara etiraz edəcəyini açıqlayıb. Klub matçın neytral meydanda olmasını istəyir.

"Jelezniçar"ın 6 futbolçusu koronavirusa yoluxduğu üçün avqustun 27-nə planlaşdırılan oyun təxirə salınıb.

Həmin günə nəzərdə tutulan “Nomme Kalyu” (Estoniya) – “Mura” (Sloveniya) qarşılaşması da hər iki komandanın futbolçularında koronavirus aşkarlandığına görə təxirə salınıb. Amma bu oyunla bağlı yekun qərar hələ açıqlanmayıb.

Digər Xəbərlər
Xəbər Lenti