Avropa Liqasının oyunu koronavirusa görə təxirə salındı

28 Avqust 2020 01:44 Avropa Liqası 958
Avropa Liqasının oyunu koronavirusa görə təxirə salındı

Avropa Liqasının I təsnifat mərhələsində bu gün keçirilməli olan “Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina) görüşü təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, buna qonaq komandanın daha 6 üzvünün koronavirusa yoluxması səbəb olub.

Daha əvvəl 5 futbolçuda virus aşkarlanıb və onlar İsrailə aparılmayıblar. UEFA da artıq matçın təxirə salındığını təsdiqləyib. Görüşün yeni tarixi qarşıdakı günlərdə açıqlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"