Gec, amma çox sevindilər

25 Avqust 2020 23:20 Avropa Liqası 1 188
Gec, amma çox sevindilər

Avropa Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə görüşü Litvada təşkil olunub. “Riteryay” öz meydanında İrlandiya təmsilçisi “Derri Siti”ni sınağa çəkib. Məhsuldar keçən görüşün əsas vaxtında qalib müəyyənləşməyib – 2:2. Əlavə vaxtın ilk dəqiqəsində vurulan qol meydan sahiblərini 2-ci təsnifat mərhələsinə daşıyıb.

Mərhələnin digər görüşləri avqustun 26-27-də keçiriləcək.

Riteryay (Litva) – Derri Siti (İrlandiya) 3:2

Qol: Paulauskas, 39; 48. Kazlauskas, 91 – Tomson, 18. Toal, 62.

Digər Xəbərlər
Xəbər Lenti