UEFA finaldakı qələbə qolunun müəllifini dəyişdirdi

24 Avqust 2020 00:28 Avropa Liqası 1 261
UEFA finaldakı qələbə qolunun müəllifini dəyişdirdi

UEFA "Sevilya" ilə "İnter" arasında Avropa Liqasının final oyununda vurulmuş sonuncu qolun müəllifini dəqiqləşdirib.

Sportinfo.az xəbər verir ki, qol Milan təmsilçisinin hücumçusu Romelu Lukakunun aktivinə yazılıb.

Matçın 74-cü dəqiqəsində La Liqa klubunun futbolçusu Dieqo Karlosun baxımlı zərbəsindən sonra top belçikalı forvardın ayağına dəyərək qapıya daxil olub.

Qitə futbol qurumu əvvəlcə matçın protokolunda qolun müəllifi kimi braziliyalı müdafiəçini göstərsə də, sonradan bunu avtoqol kimi qeydə alıb.

Finalda "İnter"i 3:2 hesabı ilə məğlub edən "Sevilya" 6-cı dəfə Avropa Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti