Avroliqa oyunu koronavirusa görə ikinci dəfə təxirə salındı

23 Avqust 2020 00:14 Avropa Liqası 1 059
Avroliqa oyunu koronavirusa görə ikinci dəfə təxirə salındı

Avropa Liqasında ilkin mərhələnin “Linkoln” (Cəbəllütariq) - “Priştina” (Kosovo) oyunu yenidən baş tutmayıb.

Sportinfo.az xəbər verir ki buna səbəb qonaq komandada yeni koronavirusa yoluxma faktının aşkarlanmasıdır.

Avqustun 18-də baş tutmalı olan qarşılaşma Kosovo təmsilçisinin 8 oyunçusunun testinin pozitiv çıxması səbəbindən bu günə təyin olunmuşdu. Lakin bu gün qonaqların daha bir neçə oyunçusunun virusa yoluxduğu açıqlanıb. Bu səbəbdən UEFA görüşün oynanılmamasına qərar verib.

Qitə futbol qurumu matçın taleyi ilə bağlı hələ yekun qərar verməyib. Ancaq böyük ehtimalla kosovolular texniki məğlubiyyətlə üzləşəcək. Belə olarsa, “Linkoln” I təsnifat mərhələsində Lüksemburq klubu "Union"a rəqib olacaq. Bu mərhələnin oyunları avqustun 27-də olacaq.

Digər Xəbərlər
Xəbər Lenti