Əvvəl "Qarabağ"ı, sonda "İnter"i üzənlər – VİDEO+MARAQLI FOTOLAR

22 Avqust 2020 14:22 Avropa Liqası 1 109
Əvvəl "Qarabağ"ı, sonda "İnter"i üzənlər – VİDEO+MARAQLI FOTOLAR

Avropa Liqasında "Sevilya" ilə "İnter" arasında keçirilmiş final oyununda maraqlı anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, matçın 16-cı dəqiqəsində əndəlusiyalıların yarımmüdafiəçisi Ever Baneqa əli ilə rəqib komandanın baş məşqçisi Antonio Konteninin saçına toxunaraq zarafatla bunun parik olub-olmadığını soruşub.

Məzəli hadisə italiyalı mütəxəssis oyunun baş hakimi Denni Makkelidən 2-ci penaltini tələb edərkən baş verib. Konte isə futbolçuya oyundan sonra onu bayırda gözləyəcəyini bildirib.

Matçdan sonra "Sevilya"nın digər futbolçusu Munir Əl-Haddadi qarşılaşmanın keçirildiyi "Reyn Energi" stadionunun qapı torunun bir hissəsini kəsərək oyundan xatirə kimi özü ilə aparıb.

Finalda "İnter"i 3:2 hesabı ilə məğlub edən "Sevilya" tarixində 6-cı dəfə Avropa Liqasının qalibi olub.

"Sevilya" qrup mərhələsində "Qarabağ"la mübarizə aparıb. İspanlar Azərbaycan çempionuna hər iki oyunda qalib gəlib - 3:0 və 2:0.

Qurban Qurbanovun komandasını pley-offa çıxmağa da məhz onlar imkan verməyib. Nəticədə 5 xal toplayan "Qarabağ" qrupda üçüncü yeri tutub və APOEL-i özündən irəli buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti