"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan "Şkupi" Makedoniya çempionatında növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Skopye təmsilçisi III tur çərçivəsində səfərdə "Belasitsa" ilə qarşılaşıb.
Qonaqlar 89 və 90+1-ci dəqiqələrdə vurduğu qollarla qələbə qazanıb. Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran "Şkupi" liderliyə yüksəlib.
2 oyundan 4 xalı olan "Sileks", "Şkendiya", "Pelister" 2-4-cü pillələri bölüşdürürlər.
"Neftçi" - "Şkupi" oyunu avqustun 27-də baş tutacaq. "Bakcell Arena"dakı görüş saat 20:00-da start götürəcək.

