“Sevilya”liqa - VİDEO

22 Avqust 2020 01:16 Avropa Liqası 996
“Sevilya”liqa - VİDEO

Avropa Liqasında 2019/20 mövsümünə yekun vurulub.

SSportinfo.az xəbər verir ki, həlledici qarşılaşmada İspaniya təmsilçisi “Sevilya” ilə İtaliya “İnter”i üz-üzə gəlib.

Niderlandlı Denni Makkelienin idarə etdiyi matç "Sevilya"nın 6-cı Avropa Liqası finalı olub. Bu komanda əvvəlki 5 finalda olduğu kimi, yenə kuboku muzeyinə aparmaq niyyətindəydi.

Sonuncu dəfə 1998-ci ildə ikinci dərəcəli klub turnirinin qalibi olan “İnter” isə 22 illik fasilədən sonra meydana çıxdığı 5-ci həlledici görüşdə 4-cü titulunu qazanmağı hədəfləmişdi. Amma beş qolun qeydə alındığı matçda yenə sevinən tərəf "Sevilya" olub.

Digər Xəbərlər
Xəbər Lenti