"Qarabağ" və Bakı "Sevilya"ya uğur gətirdi: 6-cı dəfə Avroliqanın qalibi oldu

22 Avqust 2020 00:58 Avropa Liqası 1 107
"Qarabağ" və Bakı "Sevilya"ya uğur gətirdi: 6-cı dəfə Avroliqanın qalibi oldu

Avropa Liqasında 2019/2020 mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turnirin final oyununda İspaniya "Sevilya"sı ilə İtaliya "İnter"i üz-üzə gəlib.

Almaniyanın Köln şəhərində keçirilən matçda 3:2 hesablı qələbə qazanan La Liqa klubu titula sahib çıxıb.

Matçda hesab erkən açılıb. 5-ci dəqiqədə Romelu Lukaku penaltidən fərqlənərək "İnter"i önə keçirib. Lakin "Sevilya"nın bu qola cavabı çox gecikməyib.

Cəmi 7 dəqiqə sonra Lük de Yonq tarazlığı bərpa edib. Niderlandlı hücumçu 33-cü dəqiqədə komandasının ikinci qoluna imza atıb. Bu dəfə də ispaniyalıların sevinci uzun çəkməyib. 3 dəqiqə sonra Dieqo Qodin hesabı bərabərləşdirib. İlk hissə heç-heçə başa çatıb.

İkinci yarı da qarşılıqlı hücumlarla başlayıb. Buna baxmayaraq, fasilədən sonra cəmi 1 qol vurulub. Dieqo Karlos 74-cü dəqiqədə görüşdə son nöqtəni qoyaraq "Sevilya"ya Avropa Liqasında 6-cı çempionluğu qazandırıb. Bununla da əndəlusiyalılar özlərinə məxsus rekordu yeniləyiblər.

"Sevilya" Avropa Liqasında mübarizəyə "Qarabağ"ın da yer aldığı A qrupunda başlamışdı.

“Sevilya” (İspaniya) – “İnter” (İtaliya) 3:2
Qol: De Yonq, 12; 33. D.Karlos, 74 – Lukaku, 5-pen. Qodin, 36.

Köln. “Reyn Enerji” stadionu.

Digər Xəbərlər
Xəbər Lenti