“Qarabağ” qrupdakı rəqiblərini nə vaxt tanıyacaq?

1 Sentyabr 2023 00:00 Avropa Liqası 1 111
“Qarabağ” qrupdakı rəqiblərini nə vaxt tanıyacaq?

Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, yarışın bu mərhələsinə vəsiqəni təmin edən “Qarabağ”ın rəqibləri də bəlli olacaq.

Püşkatma mərasimi Monako şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Qrup mərhələsində 32 komanda mübarizə aparacaq. Onlar hər birində 4 klub olmaqla 8 qrupa bölünəcəklər. Qrupda eyni ölkələrin komandası bir-birinə rəqib ola bilməyəcəklər.

Qrup qalibləri yarışın 1/8 finalında birbaşa oynamaq hüququ əldə edəcəklər. 2-ci yeri tutanlar bu yarışın, 3-cü yeri tutanlar isə Konfrans Liqasının 1/16 finalına vəsiqə qazanacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!