Ünlü ispan: "14 il əvvəl heç "Qarabağ"ı tanımırdım, amma indi…"

10 Noyabr 2023 00:50 Avropa Liqası 1 328
Ünlü ispan: "14 il əvvəl heç "Qarabağ"ı tanımırdım, amma indi…"

"Bayer" Avropa Liqası qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki. Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso matçdan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:

- İlk 15 dəqiqə çox gərgin keçdi. Bütün hücumların qarşısını almağa çalışırdıq. Buna rəğmən qalib gəldik. Penaltidən də olsa, qələbə qələbədir. Qrupda birinci yerdəyik. Amma qələbələri sıralamalıyıq. Futbolçularımız get-gedə daha üstün oyunlar göstərməyə çalışırlar.

- Birinci oyundan fərqli olaraq, "Qarabağ" sizi nə ilə təəccübləndirdi?

- Heç nə ilə təəccübləndirmədi. Bilirdik ki, hansı komanda ilə oynayırıq. Rəqibin necə oynadığını da bilirdik. "Qarabağ" güclü komandadır. Bunu nəzərə alıb, bura gəlmişdik.

- Çox həyəcanlı görünürdünüz. Bunun səbəbi nə idi?

- Futboldur da. Hirslənə də bilərik. Adi haldır.

- 14 il əvvəl futbolçu kimi bu stadionda meydana çıxmışdınız. Bu dəfə isə baş məşqçi kimi komandanızı meydana çıxardınız. Bununla bağlı nə deyəcəksiz?

- 14 il ərzində çox böyük dəyişiklik var. Həm Azərbaycanda, həm də "Qarabağ"da. 14 il əvvəl heç "Qarabağ"ı tanımırdım. Amma indi nəyə qadir olduqlarını bilirəm. İldən-ilə bu komanda böyüyür və növbəti uğurlar üçün hər şeyi edir.

- Sizcə, son dəqiqədəki penalti epizodu "Qarabağ"ın lehinə olsaydı, baş hakim hansı qərarı verərdi?

- Penaltidir də, istər ilk dəqiqələr olsun, istərsə də son dəqiqələrdə. Əgər əllə oyun var idisə, top qapı tərəf gedirdisə, penalti idi. Referilər bu qərarı verir.

- Gələcək karyeranızı "Real"da davam etdirəcəksiz?

- Mən bu barədə heç nə deyə bilmərəm. Oyun barədə sualınız varsa, cavab verərəm.

- "Bayer"lə yanaşı sizcə, qrupdan üç komandadan hansı çıxacaq?

- "Molde" ilə "Qarabağ" arasında rəqabət gedəcək. Son oyun göstərəcək ki, hansı komanda ikinci yeri tutmağa qadirdi.

- "Qarabağ"ın heyətində hansı futbolçunu xüsusi dəyərləndirərdiz?

- "Qarabağ" çox gözəl komplektləşib, yaxşı heyəti var. Hamısını deyə bilərəm. Yankoviç, Zubir, Juninyo... Digərlərinin xətrinə dəymək istəmirəm. Hamısı yaxşıdır. İnanıram ki, onlar üzərinə düşən işi görəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!