"Qarabağ"la oyunda geyindiyi formanı muzeyə hədiyyə etdi - FOTO

15 Fevral 2020 10:52 Avropa Liqası 966
"Qarabağ"la oyunda geyindiyi formanı muzeyə hədiyyə etdi - FOTO

APOEL-in futbolçusu Giorqos Merkis Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı Bakıdakı oyunda geyindiyi formanı komandasının Nikosiyada yerləşən muzeyinə bağışlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 34 yaşlı yunanıstanlı müdafiəçi özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

Muzeydə gördüklərindən məmnun qalan Merkis yerli azarkeşləri də oranı ziyarət etməyə çağırıb: "Qarabağ"la oyunda əynimdə daşıdığım formanı APOEL-in muzeyinə verdiyim üçün qürur hissi keçirdim. Bütün azarkeşlərimizi bu gözəl məkanı görməyə dəvət edirəm".

"Qarabağ" və APOEL komandaları arasında oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş həmin oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"