"Arsenal"ın futbolçusu "Neftçi"dən nələr söylədi?

4 Fevral 2020 21:40 Avropa Liqası 1 464
"Arsenal"ın futbolçusu "Neftçi"dən nələr söylədi?

"Mənə elə gəlir ki, Avropa Liqasına kifayət qədər hazır deyildik.

Belə turnirlərdə komandada özünə güvənən və Avropada oynamış futbolçular olmalıdır. Amma bu təcrübə bizə çatmadı".

Sportinfo.az "Sport-Express" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Tula "Arsenal"ının futbolçusu Qoran Çauşiç Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşdıqları "Neftçi" ilə matçlar barədə danışarkən deyib.

28 yaşlı serbiyalı yarımmüdafiəçi mövsümün əvvəlində çempionata yaxşı başladıqlarını söyləyib: "Neftçi"ni məğlub edə biləcəyimizə əmin idim. Amma komanda iki matçda da zəif oynadı".

"Neftçi" Avropa Liqasının II təsnifat mərhələsinin hər iki qarşılaşmasında "Arsenal"ı məğlub edib - 1:0, 3:0.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR