Avroliqanın 1/16 final cütlükləri - YENİLƏNİB

16 Dekabr 2019 16:29 Avropa Liqası 1 948
Avroliqanın 1/16 final cütlükləri - YENİLƏNİB

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb. Sportinfo.az xəbər verir ki, Nyon şəhərində keçirilən tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

Avroliqada qruplarında ilk iki yeri tutanlarla Çempionlar Liqasında qrup üçüncüləri kimi pley-off-a vəsiqə qazanmış 32 komanda 2 səbətə bölünüblər. Səpələnmişlər səbətində AL-də 12 qrupun qalibləri, eləcə də Çempionlar Liqasından gələn ən yüksək reytinqli 4 komanda yer alıb. Türkiyənin yeganə təmsilçisi "Başakşehir" də güclülər arasında olub.

"Qarabağ"la eyni qrupda yer alan "Sevilya" ÇFR-ə, APOEL isə "Bazel"ə rəqib olub. "Başakşəhər" isə 1/6 finalda "Sportinq"lə qarşılaşacaq.

Avropa Liqasında 1/16 finalın cütlükləri

"Vulverhempton" (İngiltərə) - "Espanyol" (İspaniya)

"Sportinq" (Portuqaliya) - "Başakşəhər" (Türkiyə)

"Xetafe" (İspaniya) - "Ayaks" (Hollandiya)

"Bayer" (Leverkuzen, Almaniya) - "Porto" (Portuqaliya)

"Kopenhagen" (Danimarka) - "Seltik" (Şotlandiya)

APOEL (Kipr) - "Bazel" (İsveçrə)

ÇFR (Rumıniya) - "Sevilya" (İspaniya)

"Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)

"AZ Alkmar" (Hollandiya) - LASK (Avstriya)

"Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)

"Lüdoqorets" (Bolqarıstan) - "İnter" (İtaliya)

"Ayntraxt" (Frankfurt, Almaniya) - "Zalsburq" (Avstriya)

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Benfika" (Portuqaliya)

"Volfsburq" (Almaniya) - "Malmö" (İsveç)

"Roma" (İtaliya) - "Gent" (Belçika)

"Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya)

Qeyd edək ki, bu mərhələnin ilk oyunları gələn il fevralın 20-də, cavab görüşləri fevralın 27-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti