"Qarabağ"a qarşı bu cür oynadığımız üçün fəxr edirik"

13 Dekabr 2019 00:24 Avropa Liqası 768
"Qarabağ"a qarşı bu cür oynadığımız üçün fəxr edirik"

"Nəticəyə görə çox təəssüflənirik. Oyundan isə razıyam. Üstünlüyümüz görünürdü".

Sportinfo.az xəbər verir ki, bunu Lüksemburqun "Düdelanj" komandasının baş məşqçisi Bertran Krasson Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ"la 1:1 hesablı bərabərlikdən sonra deyib.

48 yaşlı mütəxəssisin sözlərinə görə, əsas vaxtda əlavə olunmuş dəqiqədə qol buraxdıqları üçün üzlürlər: "Qarabağ" kimi komandaya qarşı bu cür oynadığımız üçün fəxr edirik. Lakin rəqibin 90+1-ci dəqiqədə, üstəlik, 1 nəfər azlıqda oynadığı halda hesabı bərabərləşdirməyi bizi məyus edir. Oyunçularımdan razıyam. Hər biri üzərinə düşən öhdəliyi yerinə yetirdi. Komandada irəliləyiş görürəm. Böyük potensial var"

Cəzalı olduğu üçün oyunu tribunadan izləyən Krasson köməkçisi ilə telefon vasitəsi ilə əlaqə saxladığını bildirib: "Oyunun nəticəsinin heç bir önəmi olmasa da, hər bir matç yeni macəra və təcrübədir. Bu oyunda bir çox futbolçular özlərini göstərdi. Bəziləri gözləmədiyim performans sərgilədilər. Kollektiv şəkildə yaxşı oyandılar".

Lüksemburqda "Qarabağ"ın 4:1 hesabı ilə qalib gəldiyi oyunda erməni təxribatı ilə yadda qalıb. Baş məşqçi isə Bakıdakı qonaqpərvərlikdən razı qalıb: "Buradakı şəraitdən, insanlardan çox məmnun olduq. Bura bir də gəlmək istərəm".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"