Futbol tariximizdə növbəti...

12 Dekabr 2019 19:10 Avropa Liqası 1 153
Futbol tariximizdə növbəti...

Avropa Liqasının qrup mərhələsinin VI turunda keçiriləcək “Qarabağ” – “Düdelanj” oyunu Azərbaycan futbolu tarixinə yubileylə düşəcək.

Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matç klublarımızın avrokuboklarda 350-ci sınağı olacaq.

Qitə miqyaslı turnirlərdə 1994-cü ildə debüt edən Azərbaycan komandaları indiyədək 349 qarşılaşma keçiriblər. Bu matçlarda 102 qələbəsi olan təmsilçilərimiz 83 heç-heçə edib və 164 dəfə uduzublar.

332 qol vuran futbolçularımız rəqiblərin 516 qoluna şahid olublar. İndiyədək baş tutan 349 oyundan 78-i Çempionlar Liqası, 237-si Avropa Liqası, 8-i Kuboklar kuboku, 26-sı İntertoto kuboku çərçivəsində baş tutub. Görüşlərdən 53-ü qrup mərhələlərinə təsadüf edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!