"Qarabağ"a Almeydaya görə uduzduq, ona qarşı tədbir görməmişdim"

12 Dekabr 2019 17:25 Avropa Liqası 987
"Qarabağ"a Almeydaya görə uduzduq, ona qarşı tədbir görməmişdim"

Bu gün Avropa Liqasının qrup mərhələsinin VI tur matçında “Qarabağ”a qarşı oynamayacaq Daniel Sinani “Düdelanj”ın ən məhsuldar futbolçusudur.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı lüksemburqlu hücumçu ötən tur evdə Kiprin APOEL komandasına 0:2 hesabı ilə uduzduqları matçda qırmızı vərəqə alaraq cəzalı duruma düşüb.

"Düdelanj"ın baş məşqçisi Bertran Krasson əvəzedilməz futbolçunun olmadığını, lakin cari mövsümdə 9 qol vuran forvardın onlar üçün böyük itki sayıldığını bildirib: “Bununla belə, heyətdə nəyə qadir olduğunu göstərmək istəyən oyunçularımız var”.

Sinani ilə yanaşı, Krassonun özü də bugünkü matçda cəzalı durumda olacaq. 48 yaşlı mütəxəssis sarı vərəqə limitini doldurub. Bu səbəbdən, “Düdelanj”ı meydana belçikalı baş məşqçinin köməkçisi Lexit Zeqdan çıxaracaq:

“Onunla baxışlarımız eynidir. Nə istədiyimi bilir və fikirlərimi komandaya çatdıracaq. Lakin futbolçular da məsuliyyəti öz üzərlərinə götürməlidirlər”.

APOEL ilə matçda 3-4-3 sxeminə üstünlük verən Krassonun “Qarabağ”la görüşdə 3-5-2 düzülüşündən yararlanacağı gözlənilir. Baş məşqçi futbolçularının Ağdam təmsilçisinin yarımmüdafiəçiləri – Riçard Almeyda və Miçelə mane olmalarını istəyir.

O, Lüksemburqda “Qarabağ”a 1:4 hesabı ilə uduzmalarının səbəbini bu cür izah edib: “Riçard ilk oyundan bizə çoxlu problem yaratdı. Oyun qurucusu olan Almeydanı durdura bilmədik və bu amil matçda açar rol oynadı.

Onun qarşısını almaq üçün taktiki cəhətdən də lazımi tədbir görməmişdim. Bu matçda Avropa Liqasında 5 oyundan 2-ni buraxan Mario Pokardan pleymeyker kimi istifadə edəcəyik”.

“Fairmont” otelində məskunlaşan “Düdelanj” Bakıya 97 nəfərin yer aldığı çarter reysi ilə gəlib. Onlardan 39-u komandanın azarkeşidir.

Digər Xəbərlər
Xəbər Lenti