"Bakıda uğur qazana bilərik" - "Milan"a qol vurmuş almaniyalı

12 Dekabr 2019 13:52 Avropa Liqası 839
"Bakıda uğur qazana bilərik" -

2016-cı ildən "Düdelanj"ın formasını geyinən Dominik Ştols Avroliqanın son turunun "Qarabağ"la bugünkü oyunu barədə Lüksemburq mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Bakıda qələbə qazana biləcəklərini deyib, ötən mövsüm İtaliyada "Milan"a qol vurduğunu xatırladıb.

"Avropa Liqasına möhtəşəm Nikosiya qələbəsi ilə başlamışdıq. Kiprdə güclü rəqibə 4 qol vurmuşduq. Davamını evdəki oyunda da gətirə bilərdik, lakin alınmadı. Bizim Avroliqada "Milan", "Betis", "Olimpiakos", "Sevilya" kimi böyük klublarla qarşılaşmalarımız olub, səfərdə "Milan"a (5:2) 2 qol da vurmuşuq. Ancaq bu dəfə tam yaxşı çıxış etdiyimizi deyə bilmərəm. Buna rəğmən, Bakıda uğurlu nəticə qazana bilərik. Həm səfərdə qazanacağımız qələbə kluba yaxşı pul qazandırar, həm də yarışı müsbət notlarla başa vurmuş olarıq".

Digər Xəbərlər
Xəbər Lenti