"Düdelanj" bu axşam "Qarabağ" önünə baş məşqçisiz çıxacaq

12 Dekabr 2019 12:16 Avropa Liqası 849
"Düdelanj" bu axşam "Qarabağ" önünə baş məşqçisiz çıxacaq

Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"ın qonağı olacaq "Düdelanj" bugünkü qarşılaşmaya baş məşqçisiz çıxacaq.

Sportinfo.az xəbər verir ki, komandanın çalışdırıcısı Bertran Krasson cəzalı olduğu üçün görüşü tribunadan izləməli olacaq. Lakin belçikalı mütəxəssis oyun zamanı köməkçisi Lehit Zeqdaneyə istədiyi vaxt fikrini çatdıra biləcək.

Krasson oyundan əvvəl və matçın fasiləsində paltardəyişmə otağına girə bilməyəcək. Ancaq baş məşqçi tapşırıqlarını telefon və ya ratsiya vasitəsilə köməkçisinə çatdıracaq. Bildirilir ki, UEFA qaydalarına görə, baş məşqçinin telefonla əlaqə saxlamasına icazə verilir.

Digər Xəbərlər
Xəbər Lenti