Təsəlli axtarışı - VİDEO

12 Dekabr 2019 11:17 Avropa Liqası 667
Təsəlli axtarışı - VİDEO

"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsində son oyununa çıxacaq. Sportinfo.az xəbər verir ki, 6-cı tur ölkə çempionumuz üçün cari ilin avrokuboklar mövsümünün axırıncı matçı olacaq.

Köhlən atlar doğma divarlar arasında Lüksemburq Düdelanjı ilə üz-üzə gələcəklər. Komandamızın baş məşqçisi Qurban Qurbanov formal xarakter daşıyan görüşü qələbə ilə başa vurmağı planlaşdırdıqlarını deyib.

“Qarabağ” - “Düdelanj” matçı Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Saat 21:55-də başlayacaq görüş Kristo Tohverin başçılıq etdiyi estoniyalı hakimlər briqadasına tapşırılıb.

Aktivindəki 4 xalla 3-cü pillədə qərarlaşan "Qarabağ" play-offa yüksəlmək şansını itirib. 3 xalla sonuncu yerdəki Düdelanj üçün də bu, cari mövsüm avrokuboklarda son matç olacaq.

Digər Xəbərlər
Xəbər Lenti