"Qarabağ" avrokubok mövsümünü əzmkar heç-heçə ilə bitirdi

12 Dekabr 2019 23:44 Avropa Liqası 1 167
"Qarabağ" avrokubok mövsümünü əzmkar heç-heçə ilə bitirdi

Bu gün Avropa Liqasının qrup mərhələsində son turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, "Qarabağ" da yarışda cari mövsüm üçün sonuncu görüşdə qüvvəsini sınayıb.

Avroliqada yeganə təmsilçimiz doğma meydanda əhəmiyyəti qalmayan qarşılaşmada "Düdelanj"ı qəbul edib. Qurban Qurbanovun komandası qrupdan çıxmaq şanslarını itirdiyi üçün bu gün meydana yalnız prestij naminə çıxmışdı. İkinci hissənin əvvəlində meydanda azlıqda qalan ağdamlılar bu azmış kimi 63-cü dəqiqədə hesabda geri düşüblər. Buna baxmayaraq, sona qədər mübarizə aparan Azərbaycan çempionu matçın əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Maqaye Qeyenin vurduğu qolla məğlubiyyətdən qaça bilib.

Qrup mərhələsini 5 xalla 3-cü pillədə başa vuran Ağdam klubu Lüksemburq təmsilçisi ilə səfərdə baş tutmuş ilk - erməni təxribatının qeydə alındığı qalmaqallı oyunda rəqibə 4:1 hesabı ilə qalib gəlmişdi.

Qrupun digər matçı isə Nikosiyada oynanılıb. 1/16 finala vəsiqəni vaxtından əvvəl təmin etmiş APOEL doğma azarkeşləri qarşısında "Sevilya"nı minimal hesabla məğlub edib.

Avropa Liqası. Qrup mərhələsi. 6-cı tur

12 dekabr

21:55 "Qarabağ" - "Düdelanj" - 1:1

Qollar: Maqaye Qeye, 90+1 - Sabir Buqrin, 63

Qırmızı vərəqə: Qara Qarayev, 46

Baş hakim: Kristo Tohver

Yan xətt hakimləri: Silver Koiv, Sten Klaasen

Dördüncü hakim: Yuri Frişer (hakimlər briqadası Estoniyanı təmsil edir)

Bakı, Tofiq Bəhramov adına respublika stadionu.

"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 3. Ailton Sİlva, 5. Maksim Medvedev, 2. Qara Qarayev 8. Miçel, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 11. Mahir Emreli

Ehtiyat oyunçular: 1. Asmir Beqoviç, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 20. Riçard Almeyda, 23. Faysal Rerras, 71. Toral Bayramov, 99. Maqaye Qeye

"Düdelanj": 1. Conatan Juber (k), 4. Kober Kuls, 34. Məhəmməd Buxuari, 5. Tom Şnell,16. Tibo Leskoy, 20. Mikael Qaros, 22. Antuan Bernye, 27. Adel Bettaieb, 28. Çarls Morren, 10. Dominik Stols 77. Sabir Buqrine

Ehtiyat oyunçular: 30. Tim Kips, 8. Mario Kopar, 13. Omar Natami, 15. Rikardo Delqado, 23. Rayan Klapp, 24. Mehdi Kirx, 98. Loren Mendi

21:55 APOEL - "Sevilya" - 1:0

1 Sevilya 6 5 0 1 14-3 15
2 APOEL 6 3 1 2 10-8 10
3 QARABAĞ 6 1 2 3 8-11 5
4 Düdelanj 6 1 1 4 8-18 4
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!