FIFA-nın 4 adamı "Qarabağ"ı izləyəcək

11 Dekabr 2019 18:11 Avropa Liqası 1 016
FIFA-nın 4 adamı "Qarabağ"ı izləyəcək

FIFA-nın dəstəyi ilə Bakıda AFFA-nın və Orta Asiyanın üzv assosiasiyalarının futbol təcrübəsi və bilik mübadiləsi seminarı işinə başlayıb.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirə FIFA-nın, eləcə də Qırğızıstan, Türkmənistan, Tacikistan və Özbəkistan futbol assosiasiyalarının nümayəndələri qatılıb.

AFFA-nın İnkişaf Strategiyası, klublar haqqında qanunvericiliyin tələbləri, klub lisenziyasında hüquqi və maliyyə meyarlarının nəzərə alınması, qadın futbolu, texniki inkişaf kimi bir neçə mövzu haqqında təqdimatlar qonaqların diqqətinə çatdırılıb.

Seminarın ikinci günü iştirakçılar Bakı Olimpiya Stadionu, "Bakcell Arena", "Dalğa" Futbol Mərkəzi ilə tanışlıqdan sonra Avropa Liqasında qrup mərhələsinin Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" və Lüsksemburq “Düdelanj”ı arasında keçiriləcək oyunu izləyəcəklər.

Dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 21:55-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!