Kiyev "Dinamo"sunun Avroliqa oyunu Əliyara tapşırıldı

10 Dekabr 2019 15:01 Avropa Liqası 960
Kiyev "Dinamo"sunun Avroliqa oyunu Əliyara tapşırıldı

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev daha bir təyinat alıb. Sportinfo.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Kiyevin Olimpiya stadionunda keçiriləcək "Dinamo" (Ukrayna) - "Luqano" (İsveçrə) görüşünü idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. 4-cü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Dekabrın 12-də B qrupu çərçivəsində keçiriləcək oyun Bakı vaxtı ilə 20:55-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti