"Qarabağ"ın qənimi" istefaya göndərildi

10 Dekabr 2019 10:15 Avropa Liqası 1 302
"Qarabağ"ın qənimi" istefaya göndərildi

"Qarabağ"ın Avroliqadakı rəqiblərindən APOEL gözlənilmədən baş məşqçi Tomas Dolla yollarını ayırıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kipr çempionu almaniyalı mütəxəssislə müqaviləni qarşılıqlı razılıq əsasında pozub. Dolla komandanı həm Avroliqanın qrup mərhələsinə, həm də turnirin 1/16 finalına çıxardığı üçün təşəkkür edilib.

Tomas Doll APOEL-i köməkçiləri ilə birgə tərk edib. Komandaya rəhbərlik müvəqqəti olaraq Lukas Hatziloukasa tapşırılıb.

Bu məşqçini "Qarabağ"ın "qənimi" adlandırmaq olar. Çünki APOEL "Qarabağ"ın əvvəlcə Çempionlar Liqasının III təsnifat mərhələsində (1:2, 2:0), daha sonra isə Avropa Liqasının qrup mərhələsində (2:2, 2:1) qarşısını kəsib. "Qarabağ"ın APOEL-ə qalib gəldiyi matçdan başqa qalan 3 oyunda Kipr çempionuna məhz Tomas Doll rəhbərlik edib. Onun rəhbərliyi altında APOEL "Qarabağ"a 2 oyunda qalib gəlib, birində isə heç-heçə edib.

Digər Xəbərlər
Xəbər Lenti