"Qarabağ"a uduzmadıq, 1/16 finala yolumuz açıldı" - ALMAN

29 Noyabr 2019 13:35 Avropa Liqası 829
"Qarabağ"a uduzmadıq, 1/16 finala yolumuz açıldı" - ALMAN

Avroliqanın qrup mərhələsində "Qarabağ"ın rəqibi APOEL artıq son turun nəticələrindən asılı olmayaraq 1/16 finala vəsiqəni təmin etdi.

Sportinfo.az xəbər verir ki, Kipr klubunun baş məşqçisi Tomas Doll "Düdelanj"la səfər oyunundan (0:2) sonra tapşırığın öhdəsindən vaxtından əvvəl gəldikləri üçün şad olduğunu deyib.

Təcrübəli alman mütəxəssis komandasının qrupdan çıxmağa layiq olduğunu bildirib:

“Əlbəttə, sevinirəm. Çünki növbəti mərhələyə çıxmaq bizim tam haqqımız idi. Vacib olan oyunlarda xal qazandıq. Qrupdakı potensial və real rəqibimiz "Qarabağ"a heç bir oyunda uduzmadıq. Bakıdan 1 xalla qayıtmağımız və Kiprdəki qələbə bizim 1/16 finala yolumuzu açmış oldu. Hərçənd qrup mərhələsinə gözlənilməz məğlubiyyətlə başlamışdıq. Yekunda sübut etdik ki, APOEL-in "Düdelanj"a məğlubiyyəti sırf təsadüf nəticəsində olub".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!